
AMEA-nın Gəncə Bölməsinidə Akademik Həmid Araslının 115 illik yubileyinə həsr olunmuş respublika elmi-praktiki konfransı keçiriləcək
06 mart 2024-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə “Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
Konfransın bölmələri
- Həmid Araslı və Azərbaycan ədəbiyyatı tarixi
- Həmid Araslı və klassik ədəbi irs
- Həmid Araslı və “Kitabi - Dədə Qorqud” dastanı
- Həmid Araslının nizamişünaslıq fəaliyyəti
- Həmid Araslının folklorşünaslıq fəaliyyəti
- Həmid Araslının mətnşünaslıq fəaliyyəti
- Həmid Araslı: Yaxın və Orta Şərq
Tərtibat qaydaları:
- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,15 intervalda, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm olmaqla A4 formatda (210x297 mm) yığılmalıdır;
- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalıdır;
- Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir).
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Məqalə Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;
- Məqalə ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;
- Məqalə rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur.
- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).
- Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Məruzələr elektron variantda e mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
- Materialların qəbul olunması üçün son tarix: 25 fevral 2024-cü il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
- Konfransın materialları PDF şəklində AMEA Gəncə Bölməsinin saytında yerləşdiriləcək.
Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA Gəncə Bölməsi.
Əlaqə telefonu: (+994 55) 795-44-85