
12.02.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Nizamişünaslıq” jurnalının 2024-cü il 1(10) saylı buraxılışı üçün elmi məqalələrin qəbuluna başlanılıb. Elmi araşdırmalardan ibarət “Nizamişünaslıq” jurnalı ildə iki dəfə nəşr edilir və məzmunu etibarilə Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi üzrə məqalələri əhatə edir.
AMEA Gəncə Bölməsində nəşr olunan “Nizamişünaslıq” jurnalının 2024-cü il 1(10) saylı buraxılışı üçün elmi məqalələrin qəbuluna başlanılıb. Elmi araşdırmalardan ibarət “Nizamişünaslıq” jurnalı ildə iki dəfə nəşr edilir və məzmunu etibarilə Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi üzrə məqalələri əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin «Nizamişünaslıq» Elmi Jurnalında dərc olunmaq üçün təqdim olunan məqalələrin tərtib olunmasına dair
TƏLƏBLƏR
«Nizamişünaslıq» elmi jurnalında ictimai və humanitar elmlər sahəsində tamamlanmış tədqiqat işləri çap olunur.
- Məqalələr aşağıdakı ardıcıllıqla – giriş, nəzəri və məzmun hissələr, nəticələri əhatə etməklə yazılmalıdır. Məqalənin sonunda işin elmi yeniliyi aydın şəkildə verilməlidir.
- Məqalənin mətni yığcam olmaqla 2 nüsxədən ibarət olmalıdır. 2-ci nüsxənin sonunda müəlliflər imza etməli, iş yerlərinin ünvanlarını, telefon nömrələrini qeyd etməlidirlər. Düzəliş edilmiş və qaralanmış məqalələr qəbul olunmur.
- Məqalədə üç dildə (Azərbaycan, rus və ingilis) açar sözlər verilməlidir.
- Məqalə vərəqin sol tərəfindən 2,5 sm, sağ tərəfindən 1,5 sm, aşağıdan 2,5 sm və yuxarıdan 3,0 sm boş yer saxlanmaqla çap olunmalıdır.
- Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsi yazılmalı, sağda müəlliflərin soyadları, altda məqaləni təqdim edən müəssisənin adı, poçt ünvanı, müəlliflərin e-mail ünvanı, ortadan altda isə məqalənin adı böyük hərflərlə yazılmalıdır. Məqalənin adı yığcam olmaqla məzmununu əhatə etməlidir.
- Məcmuənin hər nömrəsində bir müəllif 1 məqalə, akademik və müxbir üzvlər isə 2 məqalə dərc etdirə bilər.
- Məqalənin dərc edilməsi üçün müəssisənin müvafiq şöbəsinin qərarı, mütəxəssis rəyi, plagiat arayışı əlavə edilməlidir.
- Redaksiya məqalənin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyət daşımır.
- Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələrdə müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. yığcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
- Məqalənin mətninin sonunda istifadə olunmuş ədəbiyyatların siyahısı verilməlidir. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Mətndə ədəbiyyat materiallarına istinad düz mötərizədə göstərilir.
- Cədvəllər və şəkillər adları və sıra sayları yazılmaqla mətndə verilir. Cədvəllərin adları və sıra sayları cədvəlin üst tərəfində, şəkillərin adları və sıra sayları isə şəklin altında yazılmalıdır.
- Məqalənin mətni Times New Roman proqramı üzrə 12 saylı şriftlə (məsələn: Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası) 1 intervalla yazılmış diskdə təqdim olunmalıdır.
- Məqalə redaksiyaya elektron formada daxil olduqdan sonra müvafiq bölmədə müzakirə edilir və məqalənin dərc olunub olunmaması barədə müəlliflərə xəbər verilir. Məqalənin dərc olunmaması barədə məlumat alınmayanadək müəlliflərin məqaləni başqa yerdə dərc olunmaq üçün təqdim etmələrinə icazə verilmir. Məqalə müəlliflərə düzəliş üçün geri qaytarıldıqda müvafiq düzəlişlər edildikdən sonra köhnə mətn ilə birlikdə redaksiyaya bir ay müddətinə qaytarılır.
- Məcmuə yalnız müvafiq institutlara və kitabxanalara göndərilir. Müəlliflərə isə məqalənin ayrıca çıxarışı verilir.
Əlaqə telefonu +994506881598
e-mail: nizamicenter1141@gmail.com
Redaktor: fil.ü.f.d. Əlimuxtar Muxtarov
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.
05.02.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏR ...
31.01.2025
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun ...
21.01.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AMEA ...
29.11.2024
AMEA GƏNCƏ BÖLMƏSİ ELAN-MÜSABİQƏ ...
24.10.2024
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏN ...
16.09.2024
Elm və ali təhsil müəssisələrinin rəhbərlərinə ...
25.06.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “İctimai və humani ...
31.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (G ...
30.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR ...
18.04.2024
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi 2024-cü il üçün fəlsəfə dokto ...