AMEA-nın Gəncə Bölməsində Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin təşkilatçılığı ilə 12 iyun 2024-cü ildə Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcəkdir.
Konfransın proqramında aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:
- Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı
- Mirzə Şəfi Vazeh və Gəncə ədəbi mühiti
- “Divani hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür
- Alman alimləri Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt haqqında
- Mirzə Şəfi Vazehin musiqi dünyası
Konfransla bağlı məlumat məktuba əlavə edilir.
Qoşma: 2 vərəq
Tərtibat qaydaları:
- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,15 intervalda, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm olmaqla A4 formatda (210x297 mm) yığılmalıdır;
- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 3-5 səhifə olmalıdır;
- Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir).
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Məqalə azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;
- Məqalə ingilis dilində yazılarsa, xülasə azərbaycan dilində;
- Məqalə rus, fars, ərəb dillərində yazılarsa, xülasə azərbaycan və ingilis dillərində tələb olunur.
- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir. Məs: [5, s.12].
- Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Məruzələr elektron variantda e mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
- Materialların qəbul olunması üçün son tarix: 22 may 2024-cü il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
- Konfransın materialları PDF şəklində AMEA Gəncə Bölməsinin saytında yerləşdiriləcək.
Konfransın keçiriləcəyi yer: AZ 2000. Gəncə şəhəri Heydər Əliyev prospekti 419.
AMEA Gəncə Bölməsi.
Əlaqə telefonu: (+994 55) 795-44-85