Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunda (Gəncə) “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda respublika konfransı keçiriləcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Gəncə) təşkilatçılığı ilə 02-03 may 2024-cü ildə “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın proqramında aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:
- Biotexnologiyalar
- Ekoloji bitki boyaları
- Qida təhlükəsizliyində boyaq bitkilərinin əhəmiyyəti
- Biomüxtəliflik və onun qorunması
- Bitki mənşəli tullantıların təkrar emalı və tətbiqi
Konfransla bağlı məlumat məktuba əlavə edilir.
Qoşma: 2 vərəq
Tərtibat qaydaları:
- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,15 intervalda, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm olmaqla A4 formatda (210x297 mm) yığılmalıdır;
- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 2-5 səhifə olmalıdır;
- Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir).
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Məqalə azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;
- Məqalə ingilis dilində yazılarsa, xülasə azərbaycan dilində;
- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir. Məs: [5, s.12].
- Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Məruzələr elektron variantda e mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
- Materialların qəbul olunması üçün son tarix: 25 aprel 2024-cü il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçiriləcəyi yer: AZ 2000, Gəncə şəhəri Heydər Əliyev prospekti 419.
ETN Bioresurslar İnstitutu
Əlaqə telefonu: (+994 55) 795-44-85