AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ “QƏRB REGİONUNUN SƏNAYE TULLANTILARI VƏ ƏTRAF MÜHİT” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI
Konfrans 16 noyabr 2024-cü il tarixində Gəncə şəhərində keçiriləcəkdir. Konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29 layihəsinə uyğun olaraq sənaye tullantılarının pasportlaşdırılması və təkrar emalı vasitəsilə ətraf mühitin qorunması, ekosistemin bərpası, bölgədə elmi-tədqiqat işlərinin koordinasiyasıdır.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə plenar və şifahi məruzələrin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
- Kimya və neft-kimya sənayesi tullantılarının təkrar emalı
- Polimer materiallarının ekoloji problemləri
- Polimer kompozision materiallar
- Aqrosənaye tullantılarından alternativ enerjinin alınması
- Yüngül sənaye tullantılarının ekologiyası
Konfransın rəsmi dili: Azərbaycan və rus
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Tezislərin tərtibatına tələblər:
Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizədə verilməlidir. Məs. [5, s.35]. İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
- Məqalə azərbaycan dilində yazılarsa sonda xülasə rus dilində, rus dilində yazılarsa sonda xülasə azərbaycan dilində verilməlidir.
Tərtibat nümunəsi:
ELMI ISTIQAMƏTIN ADI MƏRUZƏNIN ADI elmi dərəcə, elmi ad, ad, ata adı, soyadı Təşkilatın adı, Şəhər E-mail: Açar sözlər Mətn İstifadə olunan ədəbiyyatlar Xülasə |
- Məruzələr elektron variantda e-mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
- Qeydiyyat forması və məruzələr müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
- Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Tezislərin son göndərilmə tarixi: 20 oktyabr 2024-cü il
Konfransın keçiriləcəyi yer: AZ-2000, Heydər Əliyev prospekti 419.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ekologiya və Təbii Ehtiyatlar İnstitutu.
Əlaqə telefonu: (+994 55) 795-44-85