AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (GƏNCƏ) TƏŞKİLATÇILIĞI İLƏ “TƏBİİ EHTİYATLAR VƏ TULLANTILARIN ALTERNATİV ENERJİ MƏNBƏYİ KİMİ EMALININ AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI
Konfrans 9-10 oktyabr 2024-cü il tarixində Gəncə şəhərində keçiriləcəkdir. Konfransın keçirilməsində məqsəd təbii ehtiyatların və tullantıların təkrar emalı vasitəsilə ətraf mühitin qorunması, enerji ehtiyatlarına və xammala qənaət etmək üçün alternativ enerji mənbələrinin tədqiqidir. Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə plenar və şifahi məruzələrin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
- Təbii ehtiyatların (neft, təbii qaz, bitki örtüyü və s.) emalı və tətbiqi
- Təbii ehtiyatların və tullantılarının alternativ enerji mənbəyi kimi təkrar istifadəsi
- Təbii ehtiyatlar və tullantılarının ekologiyası
- Aqrosənaye tullantılarının zərərsizləşdirilməsi və təkrar emalı
- Təbii resursların bərpa olunan enerji mənbəyi kimi tədqiqi
Konfransın rəsmi dili: Azərbaycan və rus
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Tezislərin tərtibatına tələblər:
Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizədə verilməlidir. Məs. [3, s.48]. İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
- Məqalə azərbaycan dilində yazılarsa sonda xülasə rus dilində, rus dilində yazılarsa sonda xülasə azərbaycan dilində verilməlidir.
- Tərtibat nümunəsi:
ELMI ISTIQAMƏTIN ADI MƏRUZƏNIN ADI elmi dərəcə, elmi ad, ad, ata adı, soyadı Təşkilatın adı, Şəhər E-mail: Açar sözlər Mətn İstifadə olunan ədəbiyyatlar Xülasə |
- Məruzələr elektron variantda e-mail: ayshe_hesenova@rambler.ru ünvanına təqdim olunmalıdır.
- Qeydiyyat forması və məruzələr müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
- Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Tezislərin son göndərilmə tarixi: 20 sentyabr 2024-cü il
Konfransın keçiriləcəyi yer: AZ-2000, Heydər Əliyev prospekti 419.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutu (Gəncə).
Əlaqə telefonu: (+994 50) 488-37-92