Elm və ali təhsil müəssisələrinin rəhbərlərinə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aqrar Problemlər Institutunun təşkilatçılığı ilə 29-30 oktyabr 2024-cü ildə “Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin COP29 layihəsinə uyğun olaraq dünyada baş verən iqlim dəyişmələrinin ətraf mühitə, aqrar sahəyə eyni zamanda insan sağlamlığı və psixologiyasına təsiri istiqamətində aparılan elmi-tədqiqat işlərinin koordinasiyasıdır.
Bu istiqamətdə elmi-tədqiqat işləri aparan şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:
MƏQALƏNİN TƏRTİBİ QAYDALARI
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
- Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə və heyvandarlığa təsiri;
- Iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri;
- Torpaqların deqradasiyası və iqlim dəyişikliklərində antropogen amillərin rolu;
- Torpaq fondu və ondan səmərəli istifadənin təşkilində iqlim dəyişikliklərinin təsiri;
- Iqlim dəyişikliklərinin insan sağlamlığına və psixologiyasına təsiri.
Konfransın rəsmi dili: Azərbaycan və rus Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Tezislərin tərtibatına tələblər:
Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları - adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı - adi hərflərlə, kursiv, şrift 12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizə verilməlidir. Məs. [5, s. 35]. İstifadə olunmuş ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məqalə azərbaycan dilində yazılarsa sonda xülasə rus dilində, rus dilində yazılarsa sonda xülasə azərbaycan dilində verilməlidir.
- Məruzələr elektron variantda e-mail ünvanına təqdim olunmalıdır.
- Qeydiyyat forması və məruzələr müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
• Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. - Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti
müəlliflərin özü daşıyır .
Tezislərin son göndərilmə tarixi: 20 oktyabr 2024-cü il
Əlavə 1
QEYDİYYAT FORMASI
Elmi istiqamət: |
|
| |
Məruzənin adı: |
|
| |
Müəlliflərin adı, atasının adı, soyadı, elmi dərəcəsi və elmi adı: |
|
| |
| |
| |
| |
Məruzəçi: soyadı, adı, atasının adı: |
|
| |
İştirak etmə forması: (lazım olam qeyd etmək) | □ şifahi məruzə □ yalnız çap |
Təşkilatın adı: |
|
Əlaqə telefonu: |
|
E-mail: |
|
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aqrar Problemlər İnstitutu
eltnaqrarproblemler@gmail.com
(+994 55) 281-57-50
ETN Aqrar Problemlər İnstitutunun direktoru: Adıgözəlova Sədaqət