
31.01.2025
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda 27 may 2025-ci il tarixində respublika elmi konfransı keçiriləсəkdir
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda 27 may 2025-ci il tarixində respublika elmi konfransı keçiriləсəkdir
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda 27 may 2025-ci il tarixində respublika elmi konfransı keçiriləсəkdir
- Konfransın istiqamətləri:
- Gəncə - Azərbaycan milli-azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı.
- Azərbaycan Xalq Cümhuriyyəti tədqiqatçıları.
- Azərbaycan dövlətçilik mədəniyyətinin formalaşması.
- Azərbaycanda maarifçilik hərəkatı.
- Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə tarixi baxış.
- Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi: Qaraqoyunlu, Agqoyunlu və Səfəvi dövlətləri.
- Nadir şah Əfşar: tarixşünaslıqda yeri və türk dövlətçiliyindəki rolu.
- Konfransın keçirilməsi ilə bağlı tarixlər
- Məqalənin son göndərilmə tarixi 04.2025-ci il
- Konfrans proqramının elan olunması 05.2025-ci il
- Konfransın keçirilməsi 05.2025-ci il
- Konfransın formatı: Əyani
- Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.
- Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq
- Təqdim olunan məqalələrin tərtibatına qoyulan tələblər
- Azərbaycan, türk və rus dillərindən birində yazılması;
- materialın elektron formada, plagiat hesabatı ilə birlikdə təqdim edilməsi;
- mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;
- elmi üslubda müvafiq dilin qrammatikasına uyğun yazılması;
- mətninin minimum 3 səhifə, maksimum 9 səhifədən ibarət olması;
- xülasənin (azərbaycan, rus və ingilis dillərində) 150 sözdən çox olmaması;
- açar sözün (azərbaycan, rus və ingilis dillərində) minimum 3, maksimum 5 sözdən ibarət olması (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);
- vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsinin, əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllif(lər)in soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsinin yazılması;
- Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin sol kənarının – 2.5 sm, sağ kənarı 1.5 sm, yuxarı və aşağıdan – 2.0 sm ölçüdə olması;
- əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafənin – 1.15 olması;
- əsas başlıqların Times New Roman, 14 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfinin böyük, qalın yazılması;
- məqaləyə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanması və ad verilməsi.
- məqalədə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- iradlar olan məqalənin düzəlişlər edilmək üçün müəllif(lər)ə göndərilməsi;
- iradlar nəzərə alınaraq yeni redaksiyada tərtib olunmuş məqalənin qəbul olunması üçün müəllifinin təkrar müraciət etməsi;
- məqalənin qəbul olunması haqqında müəllif(lər)ə elanda göstərilən vaxtda qəbul məktubunun göndərilməsi;
- mətndə istinad edilən müəllifin ifadəsinin sonunda kvadrat mötərizədə müəllif(lərin)in soyadı, mənbənin nəşr tarixinin [Məmmədov, 2007, s.18] göstərilməsi;
- istifadə edilmiş ədəbiyyat siyahısının əlifba sırası ilə göstərilməsi;
- istifadə edilən ədəbiyyatların müəllifinin, adının, nəşr ilinin və yerinin, ümumi səhifəsinin dəqiq göstərilməsi;
- internet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifinin, məqalənin ya məlumatın başlığının, hiperiqtibas və istinad tarixinin yazılması;
- konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim
- ediləcəkdir.
- məlumatların səhihliyinə və araşdırmanın orjinallığına görə müəllif məsuliyyət daşıyır.
- Materialın göndərilmə ünvanı
- Elektron ünvan: Elektron ünvan: gbdiyarsunasliq@gmail.com
6.Konfransın işçi dili:
- Azərbaycan dili
Konfransla bağlı edilən müraciətin ünvanı
Suallarla bağlı bu ünvana müraciət edilə bilər. Əlaqələndirici şəxs: İlahə Əsədzadə
Əlaqə telefon: (+994 556960945)
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.
05.02.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏR ...
31.01.2025
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun ...
21.01.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AMEA ...
29.11.2024
AMEA GƏNCƏ BÖLMƏSİ ELAN-MÜSABİQƏ ...
24.10.2024
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏN ...
16.09.2024
Elm və ali təhsil müəssisələrinin rəhbərlərinə ...
25.06.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “İctimai və humani ...
31.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (G ...
30.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR ...
18.04.2024
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi 2024-cü il üçün fəlsəfə dokto ...