Sadıqov Həsənbala

             Həsənbala Hənifə oğlu   Sadıqov

      AMEA Cəncə Bölməsi Diyarşünaslıq İnstitutu

      Tarix şöbəsinin müdiri, professor

    Sadıqov Həsənbala Hənifə oğlu 1946-cı ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi medalla bitirmişdir. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində Lenin təqaüdü ilə oxumuş və fərqlənmə diplomu ilə məzun olmuşdur.

   1968-ci ildən Gəncə Dövlət Pedaqoji İnstitutunda (2000-ci ildən Gəncə Dövlət Universiteti) SSRİ tarixi kafedrasında işləməyə başlamış, 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1971-1976-cı illərdə GDPİ-də müəllim, 1976-1983-cü illərdə SSRİ tarixi kafedrasında baş müəllim olaraq çalışmışdır. 1975-ci ildən tarix elmləri namizədi, 1992-ci ildən tarix elmləri doktorudur. 1983-cü ilin mayından kafedranın dosenti, 1994-cü ilin noyabrından professor ştatındadır.

   25 iyun 1983-cü ildə Tarix fakültəsinin dekanı seçilmiş, 1988-ci ildən 1992-ci ilin oktyabrına qədər Birləşdirilmiş Tarix-Ədəbiyyat fakültəsinin dekanı işləmişdir. 15 dekabr 1992-ci ildən 18 noyabr 1994-cü ilə qədər Gəncə Dövlət Pedaqoji İnstitutunda rektor işləmişdir.

   5 iyul 1998-ci il tarixindən 2008-ci il fevralın sonuna qədər Türkiyə Respublikasının Yüzüncü İl Universitetində professor, eyni zamanda postsovet ölkələri üzrə prorektor işləmişdir.

   2008-ci ilin fevralından Gəncə Dövlət Universitetində Ümumi tarix kafedrasının müdiri, 2011-2015-ci illərdə Tarix-coğrafiya fakültəsinin dekanı işləmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetinin professoru olmaqla AMEA  Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunda Azərbaycan tarixi şöbəsinin müdiridir. 2009-cu ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir.

   Onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir, onlarla beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycanda və Türkiyədə tarixçi kadrların hazırlanmasında fəal iştirak etmişdir.

Evlidir, iki oğlu, 4 nəvəsi var.